Our branches

“Standard İnsurance" ASC
2002-ci ildə fəaliyyətə başlayan şirkət uğurlu inkişaf strategiyası və peşəkar komandası sayəsində qısa müddət ərzində Azərbaycanın sığorta bazarında üç ən böyük sığorta şirkətlərindən birinə çevrildi. “Standard İnsurance” avtomobil, yük, əmlak, məsuliyyət, həyat və sağlamlıq sığortası daxil olmaqla sayı 25-dən artıq sığorta növü üzrə fəaliyyət göstərir. “Standard İnsurance” ölkənin sığorta şirkətləri arasında ən böyük nizamnamə kapitallarından birinə sahibdir (2 milyon AZN).
“Standard Insurance” şirkəti özünü həm Azərbaycanda, həm də respublika hüdudlarından kənarda etibarlı və ciddi sığortaçı kimi uğurla tanıdıb. 2005-ci ildə “Standard Insurance” şirkəti ISO 9001:2000 beynəlxalq standart sertifikatını almağa layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, “Standard Insurance” sığorta şirkəti “Lloyds”-un ən böyük brokerlərindən biri “AON” Şirkətlər Qrupu tərəfindən “Security List”, yəni “Etibarlı şirkətlər siyahısı”na əlavə edilmiş, habelə ABŞ Bazar Etibarlılığının Təminatı Departamenti (Çikaqo) və Beynəlxalq Bazar Etibarlılığı Departamenti (London) tərəfindən tanınmış ilk yerli sığorta şirkətidir.

“Standard Lizinq" MMC
"Standard Lizinq" MMC 07 iyul 2009-cu ildə dövlət qeydiyyatından keçmişdir. "Standard Lizinq" MMC-nin təsisçiləri - "Standard Kapital" MMC (99,998%) və "AB Standard" MMC (0,002%). Nizamnamə kapitalı 4 ,0 mln AZN təşkil edir. Şirkət hüquqi və fiziki şəxslərə, fərdi sahibkarlara minik və yük avtomobillərinin, avtobusların, xüsusi texnikanın və avadanlığın lizinqlə əldə edilməsi ilə bağlı xidmətlərini təklif edir və lizinq alanlara onların fəaliyyətlərində yardımçı olmaq məqsədini güdür.

"AJC" MMC
şirkət öz fəaliyyətini 2007-ci ildə başlamışdır. Əsəs fəaliyyət növü ofislərin, açiq və qapalı tipli anbar sahələrinin icarəyə verilməsindən və diqər loqistik xidmətlərinin, qeydiyyat (resepşn), 24 saat təhlükəsizlik, zibil aparılması, yükləmə- boşaltma, anbarın idarə edilməsi, yüklərin daşınması, yük maşınların təmiri təqdim edilməsindən ibarətdir. Qaradağ Sənaye və Loqistika Mərkəzi, Salyan şossesinin 22 – ci km-də yerləşir. Mərkəzin ümümi sahəsi 80 000 kv/m, anbarların sahəsi isə 10 000 kv/m təşkil edir. Fasiləsiz elektrik enerji xidməti göstərmək üçün 400 KVA transformator quraşdırılıb, 500 tonluq su çəni və sürətli İnternet çəkilib. Hal hazırda «AJC» MMC nin ərazisində yerli və beynəlxalq şirkətlərin ofisləri və istehsalat (workshop) sahələri fəaliyyət qöstərir.

“Standard Kapital” MMC
şirkəti qiymətli kağızlar bazarında yerli şirkətlərə anderrrayter xidmətləri təklif edir. Şirkət habelə müxtəlif təşkilatlara, o cümlədən, kommersiya banklarına, eləcə də fərdi investorlara brokerlik xidmətləri verir. Öz fəaliyyətində “Standard Kapital” sadəcə Azərbaycanda deyil, ABŞ, Rusiya və Ukrayna kimi xarici qiymətli kağızlar bazarlarında da uğurla fəaliyyət göstərir.

“AB Travel” MMC
turizm və səyahət agentliyi dünyanın müxtəlif ölkələrinə yüksək səviyyədə turlar təşkil etməklə yanaşı cəlbedici səyahət təklifləri ilə ölkədaxili turizmin inkişafında da fəal iştirak edir. Şirkət turların təşkili, yer ayırma (bronlaşdırma) və yerləşdirmə kimi xidmətlər göstərməklə bərabər müxtəlif konfrans, forum və sərgilərin təşkili üzrə də ixtisaslaşır. Beynəlxalq Hava Nəqliyyatı Assosiyasıyana (İATA) üzv olan “AB Travel” Bakıya və Bakıdan təyyarə uçuşlarını həyata keçirən bütün xarici hava yolları şirkətlərilə razılaşmalar imzalamışdır. Nəqliyyat-Klirinq Palatasının subagenti kimi “AB Travel” eyni zamanda MDB dövlətlərinin bir çox şəhərinə təyyarə biletlərinin satışını gercəkləşdirir. Agentlik işgüzar turizm menecmenti üzrə “FCM Travel Solutions” qlobal şəbəkəsinə üzvdür.

QSC “Dərnəgül Boru Zavodu”
Italiyanın məşhur “Merloni Progetti”, habelə Türkiyənin “Mikrosan” şirkətlərinin müasir texnoloji avadanlıqlarından istifadə edən “AB Dərnəgül Boru Zavodu” İSO və DİN beynəlxalq standartlarına cavab verən əla keyfiyyətli məhsul istehsal edir. “AB Dərnəgül Boru Zavodu” hal-hazırda polietilen və polipropilendən müxtəlif ölçü və texniki xüsusiyyətlərdə boru, habelə birləşdirici elementlər (fitinqlər) istehsal etməktədir. Müəssisənin istehsal etdiyi məhsul bir çox sahələrdə istifadə olunur. Zavodun həm Azərbaycanda, həm də Gürcüstan, Qazaxstan və digər qonşu ölkələrdə sabit müştəri bazası var.

“AB Qala-Lənkəran” mehmanxanası
Lənkəran şəhərinin mərkəzində yerləşən “AB Qala” beynəlxalq standartlara cavab verən, yüksək xidmət servisi və təchizatı ilə cənub regionunun ən böyük rəğbət görən dördulduzlu mehmanxanadır. 120 nəfər üçün nəzərdə tutulmuş mehmanxananın nömrə kateqoriyasından asılı olmayaraq bütün otaqları tam rahatlıq üçün təchiz olunmuşdur. Mehmanxanada restoran, bar, bilyard zalı, işgüzar qonaqlar üçün biznes mərkəzi və konfrans zalı fəaliyyət göstərir. Mehmanxanada tezliklə hovuz, sauna və idman zalının müştərilərin xidmətinə verilməsi gözlənilir.

“AB Standard” Şirkətlər Qrupuna eləcə də “AB Legal Consulting Group” hüquq-məsləhət firması, “AB Tim” tikinti və hazır beton emal şirkəti, “AB Skybell” rabitə-kommunikasiya şirkəti və peyk rabitəsi üzrə ixtisaslaşan “AB Service” şirkəti daxildir.